EN

Bu proseslər ölkələr arasında münasibətlərin möhkəmlənməsinə xidmət edir ŞƏRH EDİLDİ

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu gün Azərbaycan ilə tərəfdaş ölkə arasında münasibətlər ən yüksək səviyyədədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu, şübhəsiz ki, hər iki ölkənin liderlərinin həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasətin məntiqi nəticəsidir:

"Məhz bu siyasi iradə sayəsində ikitərəfli əlaqələr son illərdə sürətlə inkişaf edir və yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Bu gün biz açıq şəkildə görürük ki, əməkdaşlığımız davamlı şəkildə genişlənir və dərinləşir. Bir müddət əvvəl möhtərəm cənab Prezidentin Çinə etdiyi rəsmi səfər bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Səfər çərçivəsində bir çox mühüm məsələlər ətrafında geniş müzakirələr və səmərəli danışıqlar aparılmış, qarşılıqlı maraq doğuran sahələr üzrə konkret razılaşmalar əldə edilmişdi.

Bu gün artıq həmin səfərin və aparılan danışıqların real nəticələrini görürük. İkitərəfli əlaqələrimiz daha da inkişaf edir, əməkdaşlığımız yeni bir mərhələyə daxil olur. Xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü, Orta Dəhliz və digər strateji istiqamətlər üzrə əməkdaşlığın güclənməsi bunu bir daha təsdiqləyir. Bu sahələrdə atılan addımlar nəqliyyat, logistika, ticarət və iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfə verir. Bütün bu proseslər ölkələr arasında münasibətlərin möhkəmlənməsinə, qarşılıqlı etimadın artmasına və uzunmüddətli tərəfdaşlığın daha da güclənməsinə xidmət edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
85
16
sia.az

10Sources