EN

ABŞ sabah İrana hücum edə bilər, alınmasa ... – Ekspertdən proqnoz

“ABŞ İrana hücum etsə, böyük ehtimalla 15-17 saat sonra edəcək”.

Turkustan.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, bu addım 15-24 saat aralığında baş verməsə, növbəti risk pəncərəsi 7-8 gün sonraya keçir:

“Çünki yüksək geosiyasi eskalasiya halları adətən ABŞ maliyyə bazarları bağlandıqdan sonra baş verir və həftəsonu bazarların qapalı olması risklərin qiymətlərə ani ötürülməsinin qarşısını alır.

Qeyd edim ki, ABŞ maliyyə bazarları 15 saat sonra, yəni Bakı vaxtı ilə gecə saat 01:00-da bağlanacaq və təxminən 66 saat sonra isə (Bazar ertəsi 18:30) yenidən açılacaq”./bakupost.az/

Chosen
66
50
turkustan.az

10Sources