EN

"Beşiktaş" "İnter"in futbolçusu ilə gücləndi

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az-ın məlumata görə, İstanbul təmsilçisi İtaliyanın “İnter” klubunda çıxış edən Kristyan Asllanini transfer edib. 23 yaşlı yarımmüdafiəçi rəsmi müqavilə imzalamaq üçün artıq İstanbula gəlib.

Məlumata görə, tərəflər arasında danışıqlar yekun mərhələdədir və yaxın saatlarda transferin rəsmiləşdirilməsi gözlənilir.

Qeyd edək ki, Albaniya millisinin üzvü olan Kristyan Asllani 2022-ci ildən “İnter”in formasını geyinirdi. O, karyerası ərzində İtaliya A Seriyasında və avrokuboklarda çıxış təcrübəsinə malikdir.

Chosen
68
8
90deqiqe.az

10Sources