Türkiyənin “Beşiktaş” klubu heyətini gücləndirib.
İdmanxeber.az xəbər verir ki, İstanbul təmsilçisi “İnter”in futbolçusu Kristyan Asllaninin transferini reallaşdırıb. 23 yaşlı yarımmüdafiəçi müqavilə imzalamaq üçün artıq İstanbuldadır.
Albaniya millisinin üzvü olan Asllani 2022-ci ildən etibarən “İnter”in formasını geyinirdi.