EN

2025 ci ildə Yaponiyaya rekord sayda əcnəbi daxil olub

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 30 yanvar, AZƏRTAC

2025-ci ildə Yaponiyaya daxil olan əcnəbilərin sayı 15,4 faiz artaraq 42,43 milyon nəfərə çatıb. Bu, 1950-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

AZƏRTAC Yaponiyanın Jiji Press informasiya agentliyinə istinadla xəbər verir ki, artım yenin zəifləməsi və beynəlxalq sərnişin reyslərinin sayının artması ilə əlaqələndirilir.

2025-ci ildə Yaponiyaya ən çox Cənubi Koreya vətəndaşları daxil olub, Çin və Tayvan isə sonrakı yerlərdə qərarlaşıb.

Əcnəbilərin 98,1 faizi qısamüddətli səfər, həmçinin turizm məqsədilə Yaponiyaya səfər ediblər. Təhsil üçün gələnlərin sayı 180 min nəfər təşkil edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
50
azertag.az

10Sources