AZ

“Toyota” 2025 ci ildə rekord sayda avtomobil satdı

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” konserni 2025-ci ildə dünya miqyasında rekord sayda avtomobil satıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat konsernin illik maliyyə hesabatında öz əksini tapıb.

Məlumata görə, “Daihatsu” və “Hino Motors” şirkətlərinin də daxil olduğu konsern 2025-ci ildə dünya miqyasında 11,32 milyon avtomobil satıb.

Konsernin satışları il ərzində 4,6% artıb.

Bununla da, “Toyota Motor” keçən il 8,98 milyon avtomobil satan Almaniyanın “Volkswagen” şirkətini geridə qoyaraq, ardıcıl altıncı dəfə avtomobil satışında qlobal lider olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
50
yeniavaz.com

10Mənbələr