EN

ŞOK: Türkiyə İrana gizli dəstək verir?

ABŞ-nin İrana hücumu ətrafında müzakirələr davam edir. Bununla belə, bu müharibədə maraqlı olmayan region ölkələri var. Bu ölkələrdən ən diqqət çəkəni isə Türkiyədir. Ekspertlər deyir ki, Ankara Vaşinqtonun Tehrana müdaxiləsində maraqlı deyil. Tərəfləri uzlaşdırmaq bir yana, Türkiyə İrana gizli dəstək verir.

Maraqlıdır, bu iddia nə qədər düzdür?

Azər Qasımov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Azər Qasımov deyib ki, Ankaranın Tehrana olacaq açıq və ya gizli dəstəyi ABŞ-nin İran hərbi kampaniyasında üzə çıxarsa, bu, Türkiyə üçün Amerika ilə münasibətlərin pozulması anlamına gələcək:

“Türkiyə özünü hədəfə gətirməməlidir. Çünki bu məsələdə Çin və Rusiya amili mövcuddur və hücum olacaqsa, məsələnin daha da genişlənməsi ehtimalları vardır. Çin açıq şəkildə İrana dəstək verir. Rusiya da bacardığını edir.

Türkiyə nə qədər arxa planda dursa, bir o qədər yaxşıdır. Açıq deməliyik ki, ABŞ İran rejimini devirməyə qərarlıdırsa, buna kimsə mane ola bilməyəcək. Məsələnin uzanmaq ehtimalı azdır. ABŞ ordusu qısa müddətə məsələni həll edəcək. İran rejimi devriləcək.

Hesab edirəm ki, Azərbaycanın bu məsələdə sonrakı proseslərdəki rolu Türkiyədən çox olacaq. Diplomatik təmasların Azərbaycanla artması bunu göstərir. Hesab edirəm ki, artıq bu məsələdə Türkiyə Azərbaycanın arxasında durmalıdır. Çünki rejim yıxılacaqsa, bu, Azərbaycanın məsələsi olacaq”.

Atilla Rzasoy

Chosen
21
50
nocomment.az

10Sources