ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-a məxsus raket destroyeri "USS Delbert D.Black” İsrailin Eylat limanında lövbər salıb.
APA bu barədə “The Times of Israel”ə istinadən xəbər verir.
Məlumata görə, destroyerin İsrailə gəlməsi əvvəlcədən planlaşdırılıb, İsrail ordusu və ABŞ arasında əməkdaşlığın bir hissəsidir.
Qeyd edək ki, son vaxtlar İranla gərginliklər fonunda ABŞ Yaxın Şərqdə öz hərbi mövcudluğunu artırır.
İsrail mətbuatı ABŞ hərbi gəmilərinin Qırmızı dənizdə üzməsinin adi hal olduğunu, lakin Eylat limanında nadir hallarda lövbər saldığını bildirir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.