EN

Kağız imtahanlar ləğv ediləcək Yeni sistem yaradıla bilər…

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gələcəkdə kağız daşıyıcılı imtahanların tamamilə ləğv edilərək elektron modelə keçidinin mümkünlüyü müzakirə olunur. Artıq bir sıra təhsil müəssisələrində imtahanların kağızsız formada təşkili istiqamətində addımlar atılır. Bəs, gələcək də imtahanlar tamamilə elektron modelinə keçə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, ümumtəhsil məktəblərinin əksəriyyətində imtahanların kağız daşıyıcılar olmadan keçirilməsi istiqamətində tətbiqlərə başlanılıb.

“Bu proses tam mümkündür və əsas məsələ texniki şəraitin yaradılmasıdır. Əgər məktəblərdə lazımi texniki imkanlar mövcuddursa, imtahanlar kağız daşıyıcılar olmadan rahat şəkildə təşkil oluna bilər”.

Ekspert qeyd edib ki, Dövlət İmtahan Mərkəzi (DİM) də artıq bu istiqamətdə bir sıra yeniliklər tətbiq edir. Elektron sınaq imtahanlarının keçirilməsi buna nümunədir. Həmçinin, beynəlxalq səviyyəli tədbirlərin və müxtəlif dövlət qurumları üçün imtahanların kağızsız formatda təşkil olunduğunu vurğulayıb.

“DİM taksi sürücüləri və dövlət qulluqçuları üçün də elektron sistemlər tətbiq edir. Ümumilikdə təcrübə göstərir ki, texniki imkan olan yerlərdə kağız daşıyıcılara ehtiyac qalmır”, – deyə M.Məmmədli əlavə edib.

Onun fikrincə, texnologiyanın sürətli inkişafı gələcəkdə imtahan proseslərinin daha da avtomatlaşdırılmasına səbəb olacaq:

“Dünya sürətlə inkişaf edir. Yaxın gələcəkdə süni intellektin tətbiqi ilə nəzarətçilərə belə ehtiyac olmadan, tam elektron formada imtahanların keçirildiyini görə bilərik”.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
6
konkret.az

10Sources