EN

"Qarabağ"ın pley-offdakı rəqibi bəlli oldu

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.


Manset.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılan püşkatmanın nəticəsinə əsasən Azərbaycan çempionunun rəqibi "Nyukasl" olub.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin görüşləri fevralın 17-18-i və 24-25-də baş tutacaq. "Köhlən atlar" bu raundu adlayacağı təqdirdə 1/8 final mərhələsində "Barselona" (İspaniya) və ya "Çelsi"yə (İngiltərə) rəqib olacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.

Chosen
14
50
manset.az

10Sources