UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
XQ xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi bəlli olub.
Azərbaycan çempionu 1/8 finala gedən yolda İngiltərənin “Nyukasl” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları fevralın 17-18-də, cavab matçları isə 24-25-də təşkil olunacaq. “Qarabağ” bu raundda ilk görüşü Bakıda keçirəcək.