EN

Nipah virusu epidemiya və ya pandemiyaya səbəb olacaq?

Son günlər mediada adını tez-tez eşitdiyimiz daha bir virus yayılıb.

Söhbət nipah virusundan gedir. Yenə də yarasalardan keçən virusla qarşı-qarşıyayıq. Artıq Hindistanda çox sayda insanın yoluxduğu bildirilir. Hətta ölüm riskinin 70 faiz olduğu deyilir. Nipah virusu yüksək hərarət, tənəffüs problemləri və bəzi hallarda beyin iltihabı kimi ciddi fəsadlara gətirib çıxarır. Yəni simptompları koronavirusa bənzəyir. Bu isə narahatlıq yaradır.

Maraqlıdır, nipah virusu da koronavirus kimi epidemiya və ya pandemiyaya səbəb ola bilər?

Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Hit.az-a açıqlama verib.

O bildirib ki, nipah virusu koronavirus kimi yoluxma mexanizminə malik deyil:
“Koronavirusda hava-damcı yolu, nipah virusunda isə daha çox kontakt yolu üstünlük təşkil edir. Yəni bu virusda hava-damcı yolu ilə yoluxma ehtimalı çox azdır, hətta nadirdir. Ona görə də hazırda nipah virusunun pandemiya törətmək potensialı yoxdur. Koronavirus isə hava-damcı yolu ilə çox sürətlə yoluxa bilir. Amma bu virusda belə bir xüsusiyyət yoxdur”.

Həkim qeyd edib ki, yalnız yarasaların çirkləndirdikləri meyvələri və ya qidalar yedikdə buna yoluxma baş verir:
“Həmçinin, sözügedən virus heyvandan insana keçir. Amma onun insandan insana hava-damcı yolu ilə yoluxması çox nadirdir. Düzdür, bu da mümkündür, amma ehtimal çox aşağıdır. Yəni bu, belə halda bunun epidemiya və ya pandemiya törətmək ehtimalı yoxdur”.

Mərdan Əliyev onu diqqətə çatdırıb ki, nipah virusu endemik bölgəyə xas olan xüsusiyyətə malik olan xəstəlikdir:
“Üstəlik, bu yeni virus deyil, uzun illərdir var. Amma bunun daha çox endemik bölgələrdə alovlanması müşahidə olunur, sonra sönür. Nipah virusunun sürətlə insanları yoluxduraraq yayılma ehtimalı yoxdur”.

Pərviz

 


 

Chosen
11
21
hit.az

10Sources