AZ

Hindistanda Nipah virusunun yayılma riski azdır, səyahət qadağalarına ehtiyac yoxdur - ÜST

Nipah virusunun Hindistandan kənara çıxma ehtimalı azdır.

Redaktor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) "Reuters"ə bildirilib.

ÜST Hindistana səyahət qadağası ilə bağlı tövsiyələrə və ticarət məhdudlaşdırmalarına ehtiyac görmür.

“ÜST hesab edir ki, Hindistanda aşkarlanmış iki yoluxma halının yayılma riski azdır. Hindistanın bu cür virusları nəzarət altına almaq potensialı var”, - məlumatda qeyd edilib.

O da bildirilib ki, Nipah virusun insandan insana keçməsi ilə bağlı heç bir sübut yoxdur.

Qeyd edək ki, Malayziya, Sinqapur, Tailand və Vyetnam Nipah virusunun qarşısının alınması məqsədilə hava limanlarında nəzarəti gücləndirib.

Seçilən
76
41
redaktor.az

10Mənbələr