EN

Beşiktaş İnter in futbolçusunu heyətinə qatdı

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun mətbuat xidməti xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "İnter" klubunun yarımmüdafiəçisi Kristyan Asllani ilə razılıq əldə edib.

23 yaşlı albaniyalı oyunçu tibbi müayinədən keçmək üçün artıq İstanbula gəlib.

Qeyd edək ki, Kristyan Asllani cari mövsümün ilk yarısını icarə əsasında "Torino"da keçirib. O, Turin klubunun heyətində 16 matçda meydana çıxıb. Asllani, həmçinin Albaniya millisinin əsas üzvlərindən biridir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
62
9
icma.az

10Sources