EN

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları bu maddələrlə İTTİHAM OLUNUR

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşa elan olunan ittihamlar məlum olub.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, onlar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilir.

Xatırladaq ki, "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaş - Məhərrəmov Elşad Məhərrəm oğlu və Əliyev Natiq Eldəniz oğlu tutulub.

Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb. Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub.

Bizim.Media

Chosen
40
6
bizim.media

10Sources