EN

Seneqalda milli komandanın baş məşqçisinin cəriməsini ödəmək üçün ianə kampaniyası başladılıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 30 yanvar, AZƏRTAC

Futbol üzrə Seneqal millisinin baş məşqçisi Pape Tiaunun Afrika Millətlər Kubokunun final oyununda baş verən insidentlə bağlı cəriməsini ödəmək üçün ölkədə ianə kampaniyası başladılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Seneqal azarkeşləri və futbol ictimaiyyəti sosial şəbəkələr və xüsusi platformalar vasitəsilə vəsait toplayaraq cəriməni ödəmək təşəbbüsü ilə çıxış ediblər. Kampaniya qısa müddətdə geniş dəstək qazanıb.

Xatırladaq ki, Pape Tiau Mərakeş yığması ilə final matçında rəqibin lehinə verilən penaltiyə etiraz olaraq oyunçularını meydanı tərk etməyə çağırıb. Nəticədə baş məşqçi Afrika Futbol Konfederasiyası (CAF) tərəfindən 5 oyunluq diskvalifikasiya edilib və 100 min dollar cərimələnib. Sanksiya yalnız CAF turnirlərinə aiddir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
7
azertag.az

9Sources