Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 29 yanvar, AZƏRTAC
Futbol üzrə Seneqal yığmasının baş məşqçisi Pape Tiau Afrika Futbol Konfederasiyası tərəfindən cəzalandırılıb.
AZƏRTAC xəbər verir ki, buna mütəxəssisin Afrika Millətlər Kubokunun final matçında Mərakeşə verilən penaltiyə etiraz olaraq oyunçularını meydanı tərk etməyə çağırması səbəb olub. Pape Tiau idmançıya yaraşmayan davranış, ədalətli oyun prinsiplərini pozmaq və futbolun imicinə xələl gətirməkdə günahlandırılaraq beş oyunluq diskvalifikasiya edilib və 100.000 dollar məbləğində cərimə olunub.
Sanksiya yalnız Afrika Futbol Konfederasiyası tərəfindən təşkil edilən turnirlərə şamil olunacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.