EN

KİV: Ankara ABŞ nin İrana mümkün zərbəsinin qarşısını almağa çalışır

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Türkiyə rəhbərliyi ABŞ ilə İran arasında artan gərginliyi azaltmaq və mümkün hərbi müdaxilənin qarşısını almaq üçün intensiv diplomatik səylər göstərir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.

Bildirilib ki, rəsmi Ankara həm Vaşinqton, həm də Tehranla sıx təmaslar quraraq tərəfləri dialoqa çağırır. Hər iki tərəf vəziyyətin danışıqlar yolu ilə nizamlanmasında maraqlı olsa da, əsas maneə tərəflər arasında qarşılıqlı etimadın olmamasıdır.

Qeyd edilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi İcraiyyə Komitəsinin iclasında məsələnin ciddiliyini vurğulayıb. Dövlət başçısı regionda yeni bir müharibənin yolverilməz olduğunu bildirib:

"İranın təhlükəsizliyi və sabitliyi bizim üçün son dərəcə vacibdir. Bu məsələnin yeni bir müharibəyə yol açmadan, sülh yolu və dialoq əsasında həll edilməsi üçün əlimizdən gələni edirik".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
50
sherg.az

10Sources