AZ

İran Aİ-yə qarşı adekvat addımlar atacağını bəyan etdi

İran Aİ-yə qarşı adekvat addımlar atacağını bəyan etdi

İran Xarici İşlər Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "terror təşkilatı" elan etmək qərarına gələn Avropa İttifaqına (Aİ) qarşı lazımi tədbirlərin görüləcəyini bildirib.

Nazirlik tərəfindən yayımlanan rəsmi bəyanatda Aİ-nin SEPAH-ı hədəf alan qərarı kəskin şəkildə pislənilib.

Bəyanatda vurğulanıb ki, İran İslam Respublikasının rəsmi silahlı qüvvələrinin ayrılmaz hissəsi olan SEPAH ölkə konstitusiyasına uyğun olaraq İranın suverenliyini və milli təhlükəsizliyini qoruyur. Qeyd olunub ki, Aİ-nin bu təşəbbüsü təkcə SEPAH-ı deyil, bütövlükdə İran millətini hədəf alır.

Aİ-nin bu qərarla beynəlxalq münasibətlərdə "hüququn üstünlüyü" prinsipini kobud şəkildə pozduğu vurğulanan sənəddə, bu mövqeyin Avropanın beynəlxalq arenada "konstruktiv aktor" olmaq iddiasına zərər verdiyi və qlobal miqyasda qanunsuzluğu təşviq etdiyi qeyd edilib.

Bəyanatda Avropa İttifaqına qarşı daha sərt ittihamlar da yer alıb:

Bəyanatda Aİ-nin fələstinlilərə qarşı həyata keçirilən soyqırımda İsrail rejiminin yanında yer aldığı və Tel-Əvivin İrana hücumu zamanı "cinayət ortağı" kimi hərəkət etdiyi bildirilib. Avropalı rəsmilərin SEPAH-a qarşı "cəzasızlığın qarşısının alınması" ritorikası isə bəyanatda "acı bir zarafat" kimi xarakterizə edilib.

İran Xarici İşlər Nazirliyi Aİ-nin qəbul etdiyi qərarın siyasi, hüquqi və təhlükəsizlik nəticələrinə görə avropalı qərarvericilərin məsuliyyət daşıyacağını qeyd edərək, İran xalqının qanuni mənafelərini qorumaq məqsədilə bütün zəruri tədbirlərin görüləcəyini bəyan edib.

Seçilən
29
46
afn.az

10Mənbələr