EN

Azərbaycanda qumara görə 428 internet resursuna giriş məhdudlaşdırılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) qanunvericiliyin tələblərinə uyğun olaraq rəqəmsal mühitdə təhlükəsizliyin təmin edilməsi, vətəndaşların hüquqlarının qorunması və qanunsuz məzmunun yayılmasının qarşısının alınması istiqamətində monitorinq Bu barədə ETX məlumat yayıb.

Bildirilir ki, ötən il ərzində vətəndaşlardan, hüquqi şəxslərdən və dövlət qurumlarından daxil olan müraciətlər, eləcə də Xidmətin apardığı monitorinqlər əsasında qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi 429 internet informasiya ehtiyatına məhkəmə qətnaməsi əsasında Azərbaycan Respublikası ərazisində giriş məhdudlaşdırılıb.

Girişin məhdudlaşdırıldığı internet informasiya ehtiyatlarının 428-i qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatların yayılması, 1-i isə əqli mülkiyyət hüquqlarını pozan məlumatların yerləşdirilməsi ilə bağlı olub.

ETX vətəndaşları və hüquqi şəxsləri internet mühitində qanunvericiliyin tələblərinə əməl etməyə, eləcə də aşkarladıqları qanun pozuntuları ilə bağlı "1654" qaynar xətti, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Xidmətə müraciət etməyə çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
89
4
olaylar.az

10Sources