Bakı. Trend:
Azərbaycan qanunvericiliyində işçilərin neçə dəfə və hansımüddətlərdə ödənişsiz məzuniyyətə çıxa biləcəyi müəyyənləşib.
Trend-inxəbərinə görə, Azərbaycanda işçilərin məzuniyyət hüququ həmçininödənişsiz məzuniyyətlə təmin edilir.
Belə ki, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə,məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək,təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına,fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqdaişçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ var.
Ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulmuşhallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı iləverilir.
İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçininkollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əməkmüqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti6 aydan çox olmayaraq tərəflərin mülahizəsinəəsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
İşçilərin xahişi ilə verilən ödənişsizməzuniyyətlərin müddətləri
İşçilərin xahişi ilə 1 iş ilində aşağıdakıhallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir:
- həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyətutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağabilavasitə qulluq edən digər üzvünə — uşaq 4yaşına çatanadək;
- arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə —14 təqvim gününədək;
- 16 yaşınadək uşağı olan qadınlara və ya təkvalideynlərə, qəyyumlara, himayədarlara — 14təqvim gününədək;
- orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindənasılı olmayaraq əlilliyi olan, o cümlədən sağlamlıq imkanlarıməhdud olan 18 yaşınadək işçilərə —bir təqvim ayınadək;
- müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə —14 təqvim gününədək;
- Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanıxəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə —14 təqvim gününədək;
- insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən,həmçinin əlilliyi olan uşağı olan işçilərə — 14təqvim gününədək;
- doktoranturada (adyunkturada), təhsil alan işçilərə —1 təqvim ayınadək;
- ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılanişçilərə — 14 təqvim günü, orta ixtisas təhsilmüəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə —7 təqvim günü;
- ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi işyerindən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə —14 təqvim gününədək;
- ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — tibbmüəssisəsinin rəyi ilə 14 təqvim gününədək;
- əlilliyi olan uşaqları olan işçilərə – 14təqvim gününədək;
- ailə, məişət və başqa sosial məsələləri həll etmək üçünişçilərə – 7 təqvim gününədək;
- əsas iş yerində ezamiyyətə gedən işçiyə – əlavə iş yerində əsasiş yeri üzrə ezamiyyə müddətində;
- əlavə iş yerində ezamiyyətə gedən işçiyə – əsas iş yerindəəlavə iş yeri üzrə ezamiyyə müddətində.
Bundan əlavə, Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmışnamizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündənseçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsindəgöstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir.
Məzuniyyət vaxtı üçün orta əmək haqqınınhesablanması qaydası və ödənilməsi
Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş iliüçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydanəvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasənmüəyyən edilir.
Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismənödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayanödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadanboşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylaryaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur.
İşin dayandırılması ilə əlaqədar işçilərin qruphalında məzuniyyətə buraxılmasının tənzimlənməsi
Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallardaəmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işinnormal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzalarıvə operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqdaişəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işindayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli,yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər.
Bu halda ödənişsiz məzuniyyətin müddəti işçinin ƏməkMəcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsasməzuniyyətinin 2 illik müddətinin cəmindən çoxolmamalıdır.
İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işindayandırıldığı hallarda işçilərin qrup halında ödənişsizməzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiriüzündən boşdayanma hesab edilir və işçilərə Əmək Məcəlləsindənəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.
Məlumat üçün bildirək ki, boşdayanmanın başlanması haqqında işçiişəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digərvəzifəli şəxslərə) xəbərdarlıq etdikdə işçinin təqsiri olmadanboşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə)maaşının 2/3 hissəsindən az olmayaraq ödənilir.İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.