Azərbaycan Premyer Liqasının 18-ci turunda “Karvan-Yevlax” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, oyun öncəsi iki komanda da üzlər gülür. Heyətlərdə cəzalı və ya zədəli futbolçu yoxdur.
Komandalar görüşə tam heyətlə hazırlaşıblar.
Xatırladaq ki, “Karvan-Yevlax” – “Sumqayıt” oyunu bu gün saat 14:30-da start götürəcək.