AZ

Matça doğru: “Araz Naxçıvan”da qeyri-müəyyənlik, “İmişli”də bir itki

Azərbaycan Premyer Liqasının XVII turunda “İmişli” Qubada “Araz Naxçıvan”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Naxçıvan təmsilçisində üç futbolçunun görüşdə oynayıb-oynamayacağı bəlli deyil. Belə ki, Rahil Məmmədov, Paro və Felipe Santosunun yüngül zədələri var. 

Onlar barədə yekun qərarı baş məşqçi Andrey Demçenko verəcək.

“İmişli”də isə cəmi bir itki var. Vüsal Qəmbərov zədə səbəbindən meydana çıxa bilməyəcək.

Xatırladaq ki, qarşılaşma bu gün saat 14:30-da start götürəcək.

Seçilən
79
idmanxeber.az

1Mənbələr