Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində binaların birində birinci mərtəbədə blok çöküb.
KONKRET.az bildirir ki, bu barədə oxu.az-a sakinlər müraciət ediblər.
Sakinlər qeyd ediblər ki, birinci və ikinci mərtəbədə yaşayanlar binadan çıxa bilmirlər. Bunun üçün liftlə yuxarı qalxıb, yenidən aşağı düşməlidirlər.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.