Bakıda iki nəfərin hamamda meyiti tapılıb.
Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisənin biri Nərimanov rayonu, Xətai prospektində baş verib.
Məlumata görə, mənzildə qaz avadanlıqlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmayıb.
Daha bir dəm qazından ölüm hadisəsi Nardaranda qeydə alınıb. Qəsəbə sakini 31 yaşlı Rəşid Hüseynov hamam otağında zəhərlənərək vəfat edib. Əraziyə aidyyəti qurum əməkdaşları gəlib.
Hadisələrlə bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.