Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ prezidenti Donald Tramp İran tərəfinə ünvanladığı müraciətdə iki əsas tələb irəli sürüb.
KONKRET.az xəbər verir ki, o, nüvə proqramından imtina və etirazçılara qarşı zorakılığa son qoyulmasını tələb edib.
“Onlara iki şərt qoydum. Birincisi, nüvə silahı olmayacaq. İkincisi, etirazçıları öldürməyi dayandırmalıdırlar. Minlərlə insanı qətlə yetirirlər”, – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, İran hakimiyyəti mütləq hansısa addım atmalı olacaq.
Jurnalistlərin son günlər Tehrana dair təmaslarla bağlı sualını cavablandıran Tramp bu cür danışıqların artıq aparıldığını və gələcəkdə də davam edəcəyini təsdiqləyib.
Eyni zamanda ABŞ-ın regiona iri və güclü hərbi gəmilər göndərdiyini qeyd edib.
“Hazırda İrana doğru çox böyük, güclü gəmilər hərəkət edir. Onlardan istifadə etməyə məcbur qalmamaq çox yaxşı olardı”, – Tramp vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.