Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşəcək.
Turkustan.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Liqa mərhələsini 22-ci pillədə başa vuran “Qarabağ” pley-off-da “səpələnməmişlər” səbətində yer alacaq. Qaydalara əsasən, Azərbaycan çempionu “səpələnmişlər” səbətində olan 11–12-ci yerlərin sahiblərindən biri ilə üz-üzə gələcək.
Beləliklə, Qurban Qurbanovun komandasının potensial rəqibləri turnirin son qalibi PSJ və İngiltərənin “Nyukasl” klubu olacaq.
Pley-off mərhələsinin ilk oyunları 17–18 fevralda, cavab görüşləri isə 24–25 fevralda keçiriləcək. “Qarabağ” ilk matçını Bakıda, cavab oyununu isə səfərdə oynayacaq.
Qeyd edək ki, bu cütün qalibi 1/8 finalda “Barselona” və ya “Çelsi” ilə qarşılaşacaq. /bakivaxti.az/