EN

Azərbaycan təmsilçisi Andorrada keçirilən beynəlxalq turnirdə uğur qazanıb - FOTO

Azərbaycan təmsilçisi Şanel Akselsson Andorrada keçirilən “Trofeu Borrufa” beynəlxalq xizək turnirində uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyası məlumat yayıb.

Bildirilib ki, o, 17 ölkəni təmsil edən 55 idmançının mübarizəsində ilk “beşlik”də qərarlaşaraq hesabına xallar əlavə etməyi bacarıb.

U-14 kateqoriyasında ilk dəfə yarışan idmançı dağ xizəyinin nəhəng slalom növü üzrə keçirilən mübarizədə beşinci olub.

Qeyd edək ki, “Trofeu Borrufa” gənc və perspektivli xizəkçilərin iştirakı ilə keçirilən, dünya xizək təqvimində xüsusi yer tutan yarışlardan biri sayılır.

İdman.Biz
Chosen
33
33
idman.biz

10Sources