EN

Tanışının 106 min manatlıq danalarını dələduzluq yolu ilə ələ keçirən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə dələduzluqda dələduzluqda təqsirləndirilən Alı Hüseynovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya protesti təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin qərarı məhkumun ümumi mülkiyyətində olan daşınmaz əmlaklarla bağlı xüsusi müsadirə növündə cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməməsinə dair hissədə ləğv olunub və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilib.


İttihama görə, Alı Hüseynov tanışı, Bakı şəhərində yaşayan zərərçəkmiş Vüqar Yusifov (soyadı şərtidir) ilə 2022-ci ilin avqust ayının ortalarında istintaqa məlum olmayan tarixdə və vaxtda telefon vasitəsi ilə danışıb. O, zərərçəkmiş şəxsin Bərdə rayonu, Kətəlparaq kəndində icarəyə götürdüyü fermada saxladığı ümumilikdə 106 590 manat məbləğində iribuynuzlu erkək danalarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib.


Sonra Alı Hüseynov zərərçəkmişin şikayəti əsasında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və apelyasiya protesti təmin edilməyib. Daha sonra həmin qərarından dövlət ittihamçısı kassasiya protesti verərək, qərarın ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş edib. 

 

Kamal Məmmədov 

Tarix: 30 Yanvar 2026, 09:21   
Chosen
55
50
pravda.az

10Sources