EN

Xalq artisti xəstəxaya yerləşdirildi: “Aləm bir-birinə qarışıb”

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyov səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, 82 yaşlı sənətçi “Yenisabah.az”a açıqlamasında hazırda müalicə aldığını bildirib:

“Hazırda xəstəxanadayam, müalicə alıram, üstünüzə sağlıq. Ağadadaş Ağayevin “balta məsələsi” ilə gündəmə gələn “MedEra” xəstəxanasındayam.

Bu gün birinci günümdür, müalicələr başlayıb. Hazırda qollarım sistemdədir, aləm bir-birinə qarışıb. Həkimlərin planına görə bir həftə burada qalmalıyam və müalicə olunmalıyam. Mənimlə maraqlanan, dua edən hər kəsə təşəkkür edirəm. İnşallah, qısa zamanda hər şey qaydasına düşər”.

Bizim.Media 

Chosen
58
2
bizim.media

10Sources