AZ

Xəstəxanaya yerləşdirilən 82 yaşlı Xalq artisti SƏHHƏTİNDƏN DANIŞDI

Ötən gün xəstəxanaya yerləşdirilən Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun son vəziyyəti açıqlanıb.

Bu barədə BAKU.WS-ə açıqlama verən aktyor hazırda səhhətinin stabil olduğunu vurğulayıb.

O qeyd edib ki, bir sıra xəstəlikləri ilə bağlı xəstəxanaya yerləşdirilib:

"Məndə xəstəlik bir deyil çoxdur. COVID 19-a yoluxduqdan sonra bronxlarımda xəstəlik qaldı. Başqa bir xəstəliyim isə mədə-bağırsaqla bağlıdır. Son zamanlar gəzən virusa da yoluxmuşam. Prostatdan da əziyyət çkirəm. Dünəndən analizlər vemişəm. Həkimlər bu gün mədəmi yuyacaq. Mədə-bağırsaq problemimi həll etməyə çalışacaqlar. Mənə görə narahat olan dua edən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, ötən gecə Şeyx Əbdül Mahmudbəyovun səhhəti qəfildən pisləşib. O səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.

Hazırda onun müalicəsi "MedEra" xəstəxanasında davam etdirilir.

Seçilən
21
15
far.az

10Mənbələr