EN

Lavrov: Cənubi Qafqaz üzrə “3+3” formatının üçüncü görüşü hazırlanır

Rusiya XİN rəhbəri Türkiyənin bu prosesə fəal dəstək verdiyini bildirib...

Poliqon xəbər verir ki, Cənubi Qafqaz üzrə “3+3” formatında üçüncü görüş hazırlıq mərhələsindədir. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə KİV-lərinə müsahibəsində açıqlama verib.

Lavrovun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu görüşün keçirilməsini fəal şəkildə dəstəkləyir. O vurğulayıb ki, Cənubi Qafqaz regionunda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi üçün bu format mühüm əhəmiyyət daşıyır.

“Biz Cənubi Qafqazda ortaq qonşularıq. Türkiyə Azərbaycanla birlikdə ‘3+3’ formatının əsas təşəbbüskarlarından olub. Bu format Azərbaycan, Ermənistan və Gürcüstanla yanaşı, onların üç böyük qonşusunu – Rusiya, Türkiyə və İranı bir araya gətirir. Artıq iki nazirlər səviyyəsində görüş keçirilib. Hazırda üçüncü görüş hazırlanır”, Rusiya XİN rəhbəri qeyd edib.

Lavrov əlavə edib ki, Gürcüstan hələlik bu formatda iştirakdan çəkinir. Bununla belə, Moskva dəfələrlə vurğulayıb ki, Tbilisi üçün qapılar açıq qalır və istənilən mərhələdə prosesə qoşula bilər. Onun fikrincə, “3+3” platforması region ölkələri arasında dialoqun dərinləşdirilməsi və mövcud problemlərin regional səviyyədə həllinə töhfə verə biləcək mexanizmdir.

Nazir bildirib ki, bu format Cənubi Qafqazda təhlükəsizlik, nəqliyyat əlaqələri, iqtisadi əməkdaşlıq və etimadın möhkəmləndirilməsi baxımından geniş imkanlar yaradır və tərəflər bu istiqamətdə işi davam etdirməkdə maraqlıdırlar.

Poliqon.info

Chosen
59
20
poliqon.info

10Sources