EN

Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi

BAKI, 29 yanvar. TELEQRAF

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bu gün səhər saatlarında özəl klinikaların birinə yerləşdirilib.

Bu haqda Teleqraf-a Xalq artistinin özü məlumat verib.

"Bu gün səhər saatlarında xəstəxanaya yerləşdirildim. Ən böyük səhvim ev şəraitində düzgün olmayan müalicə aparmağım oldu. Hazırda peşəkar həkimlərin nəzarətindəyəm.
Əsas problemim mədə-bağırsaq sistemi ilə bağlıdır. COVID-19 keçirdikdən sonra bronxlarımda ciddi fəsadlar yaranıb. Kardioqramma aparıldı və ürəklə bağlı hər hansı problem aşkarlanmadı. Aparılan analizlərin nəticələrinə əsasən, təxminən 7 gün xəstəxanada qalmalı olacam",-deyə kinorejissor əlavə edib.

Chosen
93
11
teleqraf.com

10Sources