Xəbər verdiyimiz kimi, Xalq artisti Şeyx Əbdül Mahmudov dünən xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.Bu barədə Metbuat.az-a Xalq artistinin oğlu məlumat verib. Onun sözlərinə görə, Şeyx Əbdül Mahmudovun səhhətində yaranan problem mədə-bağırsaq sistemi ilə bağlıdır və hazırda müalicəsi davam etdirilir. “Yəqin ki, 5–6 günə xəstəxanadan evə buraxılacaq”, – deyə oğlu bildirib.Qeyd edək ki, Şeyx Əbdül Mahmudovun 81 yaşı var.Sevinc İbrahimzadə / Metbuat.az