EN

Tbilisi prospektində hərəkətin təşkilində daha bir DƏYİŞİKLİKVİDEO

Tbilisi prospektində hərəkətin təşkilində daha bir dəyişiklik edilir.

Xezerxeber.az xəbər verir ki, prospektin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində tıxacın qarşısının alınması məqsədilə yol hərəkəti yenidən təşkil ediləcək.

Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, kəsişmədə mövcud hərəkətin təşkilindəki bəzi çatışmazlıqlar günün pik saatlarında ciddi sıxlığa səbəb olur. Buna görə də, Tbilisi prospektinin daha bir problemli hissəsində "Rəqəmsal əkiz" vasitəsilə təhlillər aparılıb və həllər təklif olunub.

Dəyişiklikdən sonra düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə biləcək.

O da bildirilib ki, paralel olaraq, piyadaların rahatlığı və əlçatanlığı üçün nizamlanan piyada keçidləri təşkil olunacaq və səkilər yenilənəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
39
xezerxeber.az

1Sources