EN

ABŞ: İranın siyasi sistemi mürəkkəbdir, dəyişiklik asan olmayacaq

Dünən ABŞ dövlət katibi Marko Rubio İranda rejim dəyişikliyi baş verərsə, ölkədə nələrin olacağını proqnozlaşdırmağın çətin olduğunu bildirib.

KONKRET.az bildirir ki, onun sözlərinə görə, İranın siyasi sistemi ali rəhbər və ona birbaşa tabe olan SEPAH üzərində mərkəzləşib və ölkədəki digər seçilmiş şəxslər yalnız kvazi-seçim (simvolik seçilmiş şəxslər) rolunu oynayırlar.

Rubio vurğulayıb ki, ali rəhbər və rejim süqut edərsə, “heç kim İranda bundan sonra nə baş verəcəyini sadə şəkildə izah edə bilməz”. O əlavə edib ki, vəziyyət Venesuelada baş verənlərdən daha mürəkkəb olacaq, çünki İranda uzun müddətdir mövcud olan bir siyasi sistem mövcuddur.

Dövlət katibi həmçinin qeyd edib ki, əgər belə bir ehtimal reallaşsa, ABŞ və beynəlxalq ictimaiyyət çox diqqətlə və ağıllı şəkildə hərəkət etməlidir.

Mənbə: Azad İran

Chosen
11
konkret.az

1Sources