"Qarabağ"ın futbolçu Kevin Medina Çempionlar Liqasında seçilənlər arasında olub.

Offsideplus.az xəbər verir ki, kolumbiyalı müdafiəçi topu yenidən ələ keçirənlərin siyahısında 3-cü yeri tutub.

O, 62 dəfə bunu bacarıb.

Bilbao "Atletik"inin futbolçusu Aytor Paredes (77 dəfə) və "Atalanta"nın yarımmüdafiəçisi Odilon Kossunu (65) müvafiq olaraq 1 və 2-ci olublar.

Qeyd edək ki, Medina cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində 8 oyunun hamısında 90 dəqiqə meydanda olub.