EN

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il noyabrın 21-də Tbilisi şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin. 

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.     

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 yanvar 2026-cı il

Chosen
63
2
azerbaijan-news.az

10Sources