EN

İran ABŞ-yə xəbərdarlıq etdi: “İstənilən təcavüzə dərhal cavab verəcəyik”

İran xarici işlər naziri Abbas Əraqçi ABŞ-a ünvanlanan sərt bəyanatla çıxış edib.

NOCOMMENT.az xəbər verir ki o, sosial şəbəkədə paylaşdığı açıqlamada İranın nüvə silahı əldə etmək niyyətində olmadığını bildirib, eyni zamanda ölkəsinin hər cür təhdidə cavab verməyə hazır olduğunu vurğulayıb.

Əraqçinin sözlərinə görə, İran Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir və ölkənin quru, hava və dəniz məkanına qarşı istənilən aqressiyaya dərhal və qətiyyətlə cavab verəcək. Nazir qeyd edib ki, 12 gün davam edən müharibədən çıxarılan dərslər İranın daha sürətli, sərt və əsaslı reaksiya vermək imkanlarını artırıb.

Bununla yanaşı, Abbas Əraqçi İranın həmişə qarşılıqlı faydaya əsaslanan, ədalətli və bərabərhüquqlu nüvə sazişinə açıq olduğunu bildirib. Onun sözlərinə görə, bu cür razılaşma təzyiq, hədə və şantaj olmadan, İranın dinc nüvə texnologiyalarından istifadə hüququnu təmin etməli və nüvə silahının mövcudluğunu istisna etməlidir.

Nazir vurğulayıb ki, nüvə silahı İranın təhlükəsizlik doktrinasına daxil deyil və ölkə heç vaxt belə bir silah əldə etməyə çalışmayıb.

Aliyə

Chosen
20
nocomment.az

1Sources