Yanvarın 28-i gecəsi Ukrayna müdafiə qüvvələri müvəqqəti olaraq işğal olunmuş Ukrayna ərazilərində və Rusiya daxilində bir neçə Rusiya hərbi obyektinə zərbə endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Telegram-da məlumat verib. Baş Qərargahın məlumatına görə, obyektə endirilən zərbə neft məhsullarını alovlandırıb və qatı tüstü yaradıb. Hücumun nəticələri dəqiqləşdirilir.
Bir müddət əvvəl Ukraynanın OSINT layihəsi olan Exilenova+ Voronej vilayətinin Xoxol rayonunda partlayışlar barədə məlumat vermişdi. “Dünən gecə Voronej vilayətinin Xoxol şəhərinə naməlum hücum dronları hücum edib. Xoxol rayonundakı Xoxol neft anbarına zərbələr endirilib”, – deyə məlumatda bildirilir.
//Samir Qurbanov, Editor.az