EN

Azərbaycan və İordaniya hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişafını müzakirə ediblər

İordaniyanın daxili işlər naziri Mazen Əl-Farrayya Azərbaycan səfiri Şahin Abdullayevi qəbul edib.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın İordaniyadakı səfirliyinin "X" səhifəsində bildirilib.

"Tərəflər hüquq-mühafizə orqanları arasında münasibətlərin inkişafı və cinayətkarlıqla mübarizədə əməkdaşlıq imkanlarını müzakirə ediblər", - paylaşımda qeyd olunub.

Chosen
17
1
far.az

2Sources