"Vest Hem" heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "çəkicdöyənlər"in rəsmi saytı yayıb.
"Fulhem"in ispaniyalı cinah hücumçusu Adama Traore heyətə qatılıb. 30 yaşlı oyunçu ilə müqavilənin detalları açıqlanmayıb.
Traore London təmsilçisinin baş məşqçisi Nunu Eşpirutu Santunun rəhbərliyi altında "Vulverhempton"da çıxış edib.
"Barselona"nın yetirməsi olan Adama 2015-ci ildən İngiltərədə top qovur. Daha öncə "Aston Villa", "Midlsbro" və "Vulverhempton"da da oynamış ön xətt oyunçusu Premyer Liqada 262 matça çıxaraq 14 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat