EN

Səsini süni intellektlə saxtalaşdırdılar Pulunu ələ keçirdilər

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

Səsini süni intellektlə saxtalaşdırdılar - Pulunu ələ keçirdilər

Braziliyanın futbol millisinin sabiq oyunçusu, “Parma” və “İnter”də çıxışları ilə tanınmış hücumçu Adrianonun anası Roşild dələduzların qurbanı olub. 

QOL.az xəbər verir ki, bu barədə Adriano sosial şəbəkı həsabında paylaşım edib.

Dələduzlar Adrianonun səsini süni intellekt vasitəsilə saxtalaşdıraraq qadını aldadıb və şəxsi maliyyə məlumatlarını ələ keçiriblər.

Nəticədə Roşild 15 min Braziliya realı (təxminən 2400 avro) zərərə düşüb.

Adriano bu hadisədən çox əsəbiləşib və dələduzlardan pulları qaytarmağı tələb edib. Sabiq hücumçunun sözlərinə görə, əgər bu baş verməsə, o, “onlara Yerdə cəhənnəmi göstərəcək”.

Xatırladaq ki, Adriano futbolçu karyerasını 2016-cı ildə başa vurub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
49
1
qol.az

2Sources