EN

Suriya prezidenti Putinlə danışıqlar APARACAQ

Ajans.az TASS-a istinadən xəbər verir ki, “Rossiya-24” telekanalının yayımladığı görüntülərə əsasən, Suriya liderinin təyyarəsi Moskvanın Vnukovo hava limanına enib. Əhməd əl-Şaraanı hava limanında Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin qarşılayıb. Məlumata görə, danışıqlar zamanı ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də Yaxın Şərqdəki aktual siyasi və təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, Əhməd əl-Şaraanın Rusiyaya əvvəlki işgüzar səfəri ötən ilin oktyabr ayında baş tutub.

Chosen
20
Ajans.az

1Sources