EN

"Fənərbağça"nın ulduzu komandadan ayrılır?

Hazırda icarə əsasında “Fənərbağça”da çıxış edən “Əl-Nəsr”in hücumçusu Con Duran bir sıra Avropa klublarının maraq dairəsinə düşüb.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 22 yaşlı kolumbiyalı futbolçunun transferi "qış pəncərəsi"nin sonuna doğru nəzərdən keçirilir. Maraqlı klublardan artıq sorğular daxil olub.

Mümkün keçidin baş tutub-tutmayacağı həm “Fənərbağça”nın, həm də futbolçunun öz qərarından asılı olacaq.

Chosen
67
publika.az

1Sources