Məğlubiyyətin səbəbləri və bunun necə qarşılandığı haqda fikirlərini öyrənmək üçün “Şamaxı”nın idman direktoru Kamran İsmayılovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Sözsüz, gözlənilməz məğlubiyyət yaşadıq. “Mançester Siti” deyilik ki, hamıya qalib gələk. Sadəcə, çempionatın bir oyununda məğlub olduq. Təbii ki, belə hesabla uduzmaq hamıya pis təsir etdi. Məyusuq. Lakin buna görə ruhdan düşmək niyyətində deyilik. Müəyyən səviyyəmiz və hədəfimiz var. Yola inamla davam edirik. Deyə bilmərəm ki, “Qəbələ” bizi əzdi, tapdaladı. Ardıcıl qollar buraxdığımıza görə komanda “sındı”. “Kəpəz”ə uduzanda da dedilər ki, “Şamaxı” dağılır. Lakin qısa müddətdə toparlanıb “Qarabağ”la “Sabah”dan xalı aldıq, “Zirə”ni məğlub etdik”.
Xatırladaq ki, “Şamaxı” 19-cu turda “Kəpəz”in qonağı olacaq. Yanvarın 31-də Yevlax şəhər stadionunda keçiriləcək oyun saat 14.30-da başlayacaq.KƏNAN BAHADIR