Bakı.Trend:
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturununtəkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün DövlətProqramı”na uyğun olaraq, uzun illərdən sonra “Dərnəgül” elektrikdeposunun inşası davam etdirilib.
Trend xəbərverir ki, bu fikirləri bu gün AYNA-nın İdarə Heyətinin sədri AnarRzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçünDövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmimasada çıxış edərkən deyib.
“28 May” stansiyası ərazisində xətlərin ayrılması layihəsininəsas tərkib hissəsi olan iki nöqtədə şaxtaların qazıntısınabaşlanılıb. Eyni zamanda, “İçərişəhər” stansiyasından sonra dönməkamerasının inşası üçün ərazidə aidiyyəti qurumlarlakommunikasiyalar dəqiqləşdirilərək sahə tikinti işlərinə hazırvəziyyətə gətirilib. “Həzi Aslanov” stansiyasının dalan yolunda isəyenidənqurma işləri növbəti mərhələyə çatdırılıb”.
A.Rzayev vurğulayıb ki, Dövlət Proqramı çərçivəsində 10 yenistansiyanın tikintisi Bakı metrosu tarixində qısa müddətdəreallaşdırılacaq ən böyük genişlənmə mərhələlərindən biriolacaq.
“Bu stansiyalardan birinin 2026-cı ildə istifadəyə verilməsinəzərdə tutulur və ötən ildə B4 layihə adlı stansiyada təmir vətikinti işləri sürətlə davam etdirilib”.