EN

Rubio: ABŞ Venesuelaya qarşı güc tətbiq edə bilər

Rubio:

ABŞ Venesuelanın yeni rəhbərliyindən maksimum əməkdaşlıq əldə etmək üçün, “əgər digər üsullar nəticə verməsə”, güc tətbiq etməyə hazırdır.

Xalqcebhesi.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Senatın Beynəlxalq Münasibətlər Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı bildirib.

Rubio ümid etdiyini deyib ki, güc tətbiqinə ehtiyac qalmayacaq. Bununla belə, o vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp administrasiyası “Amerika xalqı qarşısında borcundan” və “bu yarımkürədəki missiyasından” imtina etməyəcək.

Diplomat əlavə edib ki, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ölkənin enerji sektorunu ABŞ şirkətləri üçün açmağa, hasilata güzəştli çıxış verməyə və neft satışından əldə olunan vəsaiti Amerika mallarının alınmasına yönəltməyə söz verib.

Məryəm Quliyeva

Chosen
22
3
xalqcebhesi.az

4Sources