EN

Azərbaycan neftinin qiyməti 69 dolları ötdü

BAKI, 28 yanvar. TELEQRAF

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.

Teleqraf xəbər verir ki, neftin 1 barelinin qiyməti 1,45 ABŞ dolları və ya 2,14% artaraq 69.31 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Chosen
63
49
teleqraf.com

10Sources