EN

Qurban Qurbanov "Liverpul"la baş tutacaq oyundan DANIŞDI

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçularının "Liverpul"la (İngiltərə) matçda ən yaxşı oyunlarından birini göstərəcəklərinə inanır.

Publika.az xəbər verir ki, təcrübəli mütəxəssis bunu "köhlən atlar"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda "Liverpul"a qarşı keçirəcəyi oyundan öncə mətbuat konfransında deyib.

Baş məşqçi onları maraqlı qarşılaşmanın gözlədiyini bildirib:

"Əsas mərhələnin son oyununa çıxırıq. Möhtəşəm stadionda və möhtəşəm azarkeşlər qarşısında çıxış edəcəyik. "Liverpul"un heyətində olan futbolçular hər zaman qələbəyə istəklidirlər. Çox istəyirik ki, İngiltərədə yaxşı oyun sərgiləyək. İnanıram ki, futbolçularım sabah ən yaxşı oyunlarından birini göstərəcəklər".

Chosen
17
50
publika.az

10Sources